Biznes Advokat MMC şirkəti Sahibkarlara aşağıdakı Mühasibatlıq xidmətlərini təklif edir:
- Yeni müəssisənin qurulması və ya qeydiyyatı
- Bankda hesabların açılması
- Biznes kart sifarişi
- Elektron qaimələrin göndərilməsi
- Tenderdə iştirak üçün sənədlərin tərtibi
- Lisenziya əldə olunması üçün sənədlərin tərtibi
- Bank əməliyyatları

Fiziki şəxsi və ya hüquqi şəxsi vergi ödəyicisi kimi qeydiyyatdan keçirilməsi
Vergi orqanında fiziki şəxslərin elektron qaydada və kağız daşıyıcılarında ərizələri ilə müvafiq vergi orqanında qeydiyyatdan keçə bilərlər. Fiziki şəxslər www.e-taxes.gov.az internet vergi idarəsi portalında e-qeydiyyatdan keçməklə vergi uçotuna alına bilərlər. Bunun üçün fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır. Fiziki şəxsin e-qeydiyyatı www.e-taxes.gov.az internet vergi idarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” bölümü üzərindən aparılır. Bu məqsədlə fiziki şəxs qeyd edilən bölməyə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil olur və elektron ərizə formasını dolduraraq onlayn rejimdə göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. E-qeydiyyat zamanı fiziki şəxsin ünvanı şəxsiyyət vəsiqəsində göstərilmiş qeydiyyat məlumatlarına əsasən sistem tərəfindən avtomatik müəyyənləşdirilir və aidiyyəti vergi orqanında vergi uçotuna alınır. |
Biznes Advokat MMC şirkətinin təcrübəli və peşəkar mühasiblərindən ibarət komandasının əsas məqsədi sahibkarlara dəqiq xidmət göstərmək, maliyyə hesabatlılığını, mühasibat uçotu, vergi uçotu, kadr uçotu, mal-material uçotu, əsas vəsait uçotunun düzgün, həmçinin, vaxtında aparılmasını təmin edərək müştəri məmnuniyyətini qazanmaqdır.
Sizin məmnuniyyətiniz bizim uğurumuzdur…
Hüquqi, həmçinin, daxili sənədləşmələr üçün möhürün əldə edilməsi
Möhürün sifarişi və əldə olunması qısa zaman ərzində təmin edilir. Möhürün Hazırlanmasında Tələb olunan sənədlər:
|
Təsisçi qərarlarının hazırlanması
Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi, sahibkarlara dividend ödənilməsi, Qanuni Təmsilçi(və ya Direktor dəyişikliyi), əsas vəsaitlərin alınması/satılması və bu kimi əməliyyatların icrası üçün təsisçi qərarını olması vacibdir. Mühasib komandamız tərəfindən qısa zamanda qərarların hazırlanması təmin edilir. |
Bank hesablarının müxtəlif valyutalarda açılması
Bank hesablarının açılması üçün maraqlı şəxslərin müraciətlərinə baxılması proseduru hər bir bankın müvafiq daxili qaydaları ilə müəyyən olunur. Tərəfimizdən bankda hesab açılması üçün müvafiq vergi orqanından ərizə – şəhadətnamə dublikat alınır və bankda müxtəlif valyutalarda hesab açılması təmin edilir. |
Bank ödənişlərinin icra edilməsi
İnternetbank vasitəsilə ehtiyac yarandıqda isə kağız daşıyıcıda bank ödənişlərinin həyata keçirilməsi, proqram təminatında əməliyyatların əks olunması tərəfimizdən təmin edilir. |
Gündəlik hesab üzrə çıxarışların əldə edilməsi
Hesab üzrə çıxarışlar müştəri istəyinə görə günlük, həftəlik və ya aylıq elektron poçta göndərilir, həmçinin, kağız daşıyıcıda arxivləşdirir. |
İşçilərin əmək haqqı kart sifarişlərinin edilməsi
İşçilərlə rəsmi əmək müqaviləsi bağlandığı gün əmək haqqı kartlarının sifarişi verilir. Əmək haqqı hesablanması və işçilərin əmək haqqı kartlarına vaxtı-vaxtında ödənişlər tərəfimizdən təmin edilir. Bütün prosesdə qanunvericiliyə müvafiq olaraq şəffaflıq təmin edilir. |
Biznes kart sifarişi
Gömrük və digər dövlət rüsum ödəmələri, təsərrüfat ehtiyacları üçün xərclər , icbari ödənişlər, işçi ezamiyyə ödənişləri, nağdlaşdırma üçün biznes kartların, siqaret alışı üçün tacir kartın sifarişi, istənilən ünvana çatdırılması tərəfimizdən komandası tərəfindən qısa zamanda təmin edilir. |
Bank qarantiyasının əldə edilməsi üçün sənədləşmə
Tender qarantiyası, icra qarantiyası, avans ödənişin geri qaytarılması qarantiyası, maliyyə vəsaitlərinin saxlama qarantiyası, ödəmə qarantiyası, kontr qarantiyalarının alınması üçün sənədlər hazırlanaraq banka müraciət edilir. |
Korporativ bank kreditlərinin əldə edilməsi və bu istiqamətdə sənədləşmə
Sahibkarın biznes planına müvafiq olaraq sənəd paketi toplanılaraq müvafiq banklardan biznes kreditinin əldə edilməsi üçün dəstək göstəririk. |
İcarə müqavilələrinin tərtib edilməsi, vergi orqanında qeydiyyatdan keçirilməsi, vergi obyekt fəaliyyət kodunun əldə edilməsi
İcarə münasibətləri icarəyə verən və icarəyə götürən arasında yaranan bir mülki münasibətdir. Bu münasibətlərin tənzimlənməsi üçün öz əmlakını (obyektini) icarəyə verən fiziki və ya hüquqi şəxslə obyekti icarəyə götürən fiziki və ya hüquqi şəxslər iştirak edir. Belə münasibətin reallaşması üçün tərəflər arasında icarə müqaviləsi bağlanılır və ehtiyac yarandıqda notarial qaydada təsdiq olunur. Obyektin qeydiyyata alınması üçün icarə müqaviləsi və obyektin çıxarışının olması şərtdir. |
atış prosesində müştərilərdən nağdsız pul vəsaitlərinin bank hesabında yığılması üçün posterminal sifarişi proseduru
POS terminal – ödəniş kartı vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödə¬nilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılma¬sı, habelə nağd pul vəsaiti¬nin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır. POS terminal xidmətinin imkanları və üstünlükləri bir sıradır: Kart istifadəçilərinin nağdsız ödənişləri nəticəsində satış həcminin artması, kassada nağd vəsaitlərin qəbulu və sayılması üzrə iş yükünün azalması, qəpiklərə ehtiyacın azalması, kassada saxta pulların qəbulu riskinin azalması, cashback vasitəsilə daha çox yeni müştərilərin qazanılması, taksit/hissəvi ödəniş üsulu ilə satış məbləğlərinin artması və s. Tərəfimizdən POS terminal sifarişi üçün müraciət edilir. |
Satış nöqtələrində kassa cihazlarının qeydiyyatdan keçirilməsi və quraşdırılması
Azərbaycan Respublikasının ərazisində e-kassalara keçid prosesi “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra Dövlət Vergi Xidməti) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.02.2019-cu il tarixli 52 nömrəli Qərarına və 01.08.2019-cu il tarixli 338 nömrəli “NKA aparatının istismarı Qaydaları”na əsasən həyata keçirilir. Müvafiq qanunvericiliyin tələblərinə riayət edilməklə NKA cihazlarının əldə edilməsinə dəstək göstərilir. |
Korporativ satışların rəsmiləşdirilməsi (qiymət razılaşma protokolu, təhvil-təslim aktı, hesab-faktura və sair)
Biznes Advokat Mühasib komandası tərəfindən təqdim olunmuş mal xə xidmətlərin siyahısı olan qiymət razılaşma protokolu, təhvil-təslim aktı, hesab-fakturalar hazırlanaraq qarşı tərəfə göndərilir. |
Təchizat, satış, xidmət və sair bu kimi müqavilələrin tərtib edilməsi
Təchizatçılarla(mal satanlar ilə), müştərilərlə(alıcılar ilə) mal və xidmətlərin təqdim edilməsi müqavilələri qısa zamanda tərtib edilir. |
Elektron qaimələrin göndərilməsi
Tərəfimizdən istənilən sayda mal və xidmət çeşidi olan satışın qısa zaman ərzində rəsmiləşdirilməsi, elektron qaimələrin tərtib edilməsi, internet vergi idarəsi portalından göndərilməsi təmin edilir. |
Gələn elektron qaimələr əsasında anbar uçotu (mal/xidmət dövriyyəsi) formalaşdırılması
Tərəfimizdən sahibkarın electron portalına gələn, göndərilən və geri qaytarılan elektron qaimələrə əsasən dövriyyə cədvəli tərtib edilir. |
İadə (geri qaytarma) qaimələrinin müvafiq dövlət vergi portalında işlənilməsi
İstənilən sayda mal çeşidi olan iadələrin qısa zaman ərzində rəsmiləşdirilməsi- Malların geri qaytarılması E-qaimələrinin tərtib edilməsi, İnternet Vergi İdarəsi portalından göndərilməsi təmin edilir. |
Kassa kitabının və kassa sənədlərinin hazırlanması
Kassa kitabında müəssisənin kassasına mədaxil olmuş və məxaric edilmiş məbləğlər, və bu məbləğlərə aid mədaxil və məxaric orderlərinin rekvizitləri qeyd edilir. |
Əmək haqqı hesablanması və ödənilməsi
Əmək Məcəlləsi və digər bu kimi qanunvericilik bazası rəhbər alınaraq işçilərin işlədiyi iş günlərinə müvafiq olaraq əmək haqqı hesablanma cədvəllərinin qurulması və ödənişlərin icrası təmin olunur. |
Məzuniyyət hesablanması və ödənilməsi
Əmək Məcəlləsi və digər bu kimi qanunvericilik bazası rəhbər alınaraq işçilərin məzuniyyət günlərinə uyğun cədvəllərinin qurulması və ödənişlərin icrası təmin olunur. |
Ezamiyyət hesablanması və ödənilməsi
Əmək Məcəlləsi və digər bu kimi qanunvericilik bazası rəhbər alınaraq ezamiyyə əmrlərinə uyğun işçiyə ezamiyyə hesablanması və ödənişilməsi təmin olunur. |
İşdən çıxan işçilər üçün son haqq-hesabın hesablanması və ödənilməsi
Əmək Məcəlləsi və digər bu kimi qanunvericilik bazası rəhbər alınaraq işdən çıxan işçilərə son haqq hesabın müəyyənləşdirilməsi, istifadə etmədiyi iş ilinə görə son haqq hesabın ödənilməsi təmin olunur. |
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçota alınması
Vergi Məcəlləsi və digər bu kimi qanunvericilik bazası rəhbər alınaraq il ərzində daxil olan E-qaimə və alış aktlarına əsasən əsas vəsaitlərin siyahısı müəyyən edilərək uçota alınır. |
Əsas vəsaitlər və qeyri-maddi aktivlərin üzrə amortizasiya hesablanması
Vergi Məcəlləsi və digər bu kimi qanunvericilik bazası rəhbər alınaraq il ərzində daxil olan E-qaimə və alış aktlarına əsasən əsas vəsaitlərin siyahısı müəyyən edilərək amortizasiya hesablanması verilir. |
Gömrük ödənişlərinin icra edilməsi
Gömrük rüsumunun, aksizlərin və gömrük yığımlarının hesablanması üçün “Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən malların və nəqliyyat vasitələrinin gömrük dəyəri əsas götürülür. Gömrük rüsumunun ödənilməsi qanunvericilik bazası rəhbər alınaraq təmin olunur. |
Gömrük portalında avans ödəniş kodunun əldə edilməsi
Ölkə xaricinə avans ödənişi etmək üçün gömrük orqanının təqdim etdiyi elektron xidmətlər vasitəsilə avans ödəniş kodu əldə edilir. Həmçinin, Mərkəzi Bankın tələblərinə müvafiq olaraq, növbəti müddətdə idxal edilmiş malların yük gömrük bəyannaməsi müvafiq bank idarəsinə təqdim edilir. |
Gömrük portalından müvafiq hesabların avans qalıq göstəricilərinin əldə edilməsi
Müxtəlif gömrük idarələrində avans hesablarda olan qalıq vəsaitlər daha əvvəl hansı tədiyyələr üzrə dövlət büdcəsinə ödənilmişdirsə həmin tədiyyə (gömrük ödənişi) növü üzrə elektron hesab səhifəsinin “Artıq ödəmə” bölməsində əks etdirilir. Sözügedən məlumatlar gömrük orqanının təqdim etdiyi elektron xidmətlər vasitəsilə əldə edilərək sahibkara təqdim edilir. |
Əmlak üzrə yüklülüyün olub-olmamasına dair arayış
Əmlak üzrə yüklülüyün olub-olmamasına dair arayış alınmasına görə dəstək göstərilir. Hansı ki, bu arayış təsis paylarının alqı-satqısı, tenderdə iştirak və sair bu kimi hallarda müvafiq orqan tərəfindən tələb edilir. |
Təsisçi paylarının yüklü olub-olmamasına dair arayış
Lazımi quruma təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən təsisçi paylarının yüklü olub olmamasına dair arayış əldə edilməsi üçün dəstək göstərilir. |
Tenderdə iştirak üçün müraciət və müvafiq sənəd paketinin hazırlanması
Tenderdə iştirak üçün lazımi sənədlərin qısa zamanda toplanması və müvafiq quruma təqdim olunması tərəfimizdən təmin edilir. |
Müəssisənin alınması və ya satılması
Müəssisənin alınması və ya satılması prosesinin icrası üçün sənəd paketi toplanılaraq prosesin icrası üçün dəstək göstərilir. |
Müəssisədə qanuni təmsilçi dəyişikliyi
Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizənin, qərarın yazılması və reyestrdən çıxarışın dəyişikliyi üçün Vergi Xidmətinin müvafiq qurumuna müraciət edilir. |
Müəssisənin təsisçilərinin dəyişikliyi
Təsisçilərin dəyişikliyi üçün yeni redaksiyada nizamnamənin, qərarın, kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizənin yazılması və reyestrdən çıxarışın dəyişikliyi üçün Vergi Xidmətinin müvafiq qurumuna müraciət edilir. |
Hüquqi ünvan dəyişikliyi
Müəssisədə təsisçilərin dəyişikliyi üçün Yeni redaksiyada nizamnamənin, qərarın, Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizənin yazılması və reyestrdən çıxarışın dəyişikliyi üçün Vergi Xidmətinin müvafiq qurumuna müraciət edilir. |
Biznes Advokat MMC şirkətinin təcrübəli və peşəkar mühasiblərindən ibarət komandasının əsas məqsədi sahibkarlara dəqiq xidmət göstərmək, maliyyə hesabatlılığını, mühasibat uçotu, vergi uçotu, kadr uçotu, mal-material uçotu, əsas vəsait uçotunun düzgün, həmçinin, vaxtında aparılmasını təmin edərək müştəri məmnuniyyətini qazanmaqdır.
Sizin məmnuniyyətiniz bizim uğurumuzdur…