Biznes Advokat MMC şirkəti Sahibkarlara Proqram təminatında aşağıdakı əməliyyatların əks olunmasını təmin edir:
- Bank dövriyyəsinin proqram təminatında əks olunması
- Elektron qaimələr əsasında anbar uçotunun aparılması
- Dövriyyə balans cədvəlinin qurulması
- Anbarda həm ümumi, həm də ayrı-ayrılıqda hər malın dövriyyəsinə nəzarət
- Bank hesabından məxaric və bank hesabına mədaxil əməliyyatlarının hesabatlılıq üçün xərc kateqoriyaları üzrə bölüşdürülməsi
- Hər satış, hətta hər mal üzrə (həm faiz, həm də məbləğ ifadəsində) gəlirlilik hesabatı
Bank dövriyyəsinin proqram təminatında əks olunması
Müxtəlif bank, kart hesabları, ƏDV depozit hesabına mədaxil və məxaricləri 1C proqram təminatına işləyərək, gündəlik, həftəlik, aylıq pul dövriyyəsinin asanlıqla proqramdan əldə etmək mümkün olur. Bunun üçün proqramda pul sənədləri bölməsində pul vəsaitlərinin mədaxili və məxarici alt bölmələri işlənilir. |
Biznes Advokat MMC şirkətinin təcrübəli və peşəkar mühasiblərindən ibarət komandasının əsas məqsədi sahibkarlara dəqiq xidmət göstərmək, maliyyə hesabatlılığını, mühasibat uçotu, vergi uçotu, kadr uçotu, mal-material uçotu, əsas vəsait uçotunun düzgün, həmçinin, vaxtında aparılmasını təmin edərək müştəri məmnuniyyətini qazanmaqdır.
Sizin məmnuniyyətiniz bizim uğurumuzdur…
Bank hesabından məxaric və bank hesabına mədaxil əməliyyatlarının hesabatlılıq üçün xərc kateqoriyaları üzrə bölüşdürülməsi
Maliyyə hesabatlarının düzgün təqdim olunmasında əsas məsələ gəlirin əldə olunmasına çəkilən xərclərin xərc kateqoriyaları üzrə düzgün bölüşdürülməsidir. Bütün xərc maddələri proqram təminatında “Kataloqlar” menyusunda, “Gəlirlər və Xərclər” bölməsində yerləşən eyni adlı kataloqda var. Biznes Advokat komandası tərəfindən bank hesabından məxaric əməliyyatları xərc kateqoriyaları üzrə bölüşdürülərək Pul vəsaitlərinin hərəkəti haqqında hesabat şirkət Rəhbərlərinə təqdim olunur. |
Elektron qaimələr əsasında anbar uçotunun aparılması
Maliyyə hesabatının tərtib zamanı elektron qaimələr əsasında anbar uçotunun aparılması vacibdir. |
Müəəsisənin istənilən tarix aralığındakı maliyyə göstəricilərinin hesabatlılığı
Maliyyə uçotunun əsas məqsədi müəssisənin istifadəçiləri üçün maliyyə sənədlərinin tərtib edilməsindən ibarətdir. Maliyyə uçotunda isə baş vermiş əməliyyatlar nəticəsində dəqiq informasiyalar əks olunur. Qurulan proqram vasitəsilə istənilən dövr üzrə maliyyə göstəricilərini əldə etmək mümkündür. |
Anbarda həm ümumi, həm də ayrı-ayrılıqda hər malın dövriyyəsinə nəzarət
Proqramda malların alışından satışa qədər hərəkətini təhlil etməyə kömək edəcək bir neçə hesabat var. Anbar hesabatında müəyyən bir seçimə malik məhsul haqqında istənilən dövr üzrə məlumat görə bilərik. |
Hər satış, hətta hər mal üzrə (həm faiz, həm də məbləğ ifadəsində) gəlirlilik hesabatı
Proqramda qurulan hesabat nəticəsində satış qaimələri üzrə və ya hər hansı mal üzrə gəlirlilik məbləğini görə bilərik. Hesabatda qeyd edilən dövr üzrə satışın analizinə baxılır və hesabat yaradılarkən mal, kəmiyyət, qiymət, ƏDV-siz gəlir, gəlirlilik faizi, ümumi mənfəət göstəricilərini əldə etmək mümkün olur. |
Şirkətin aparılmış olan bütün maliyyə/mühasibat əməliyyatlarının mühasibat hesabları üzrə müxabirləşmələrinin verilməsi
Müxtəlif tipli əməliyyatların – kapital qoyuluşu, əsas vəsait alışı, əsas vəsaitlərin amortizasiyası, kredit borcları, mal alışı, mal satışı, bank əməliyyatları, əmək haqqı hesablanması və digər əməliyyatların Beynəlxalq Standartlara əsasında müxabirləşməsi şirkətimizin mühasib komandası tərəfindən verilir. |
Kadr uçotu üzrə hesabatlılıq
Kadr uçotunun təşkili, işçilərin işə qəbul edilməsi, işdən çıxarılması, məzuniyyətin hesablanması, bir və bir neçə işçi üzrə müəyyən dövrlərə görə əmək haqqı xərcinin çıxarılması kimi əməliyyatların icrası şirkətimizin mühasib komandası tərəfindən verilir. |
Dövriyyə balans cədvəlinin qurulması
Hər bir rəhbər dövr ərzində şirkət balansına mədaxil və məxaric etdiyi ümumi məbləğlərin hesabatını dövriyyə balans cədvəlindən görə bilər. Dövriyyə balans cədvəlinə subhesablar və geniş qalıq seçimi ilə təfsilatlı göstərmək mümkündür. |
Müştərilərə təqdim ediləcək (qiymət razılaşma protokolu, təhvil-təslim aktı, hesab-faktura və sair) sənədlərin birbaşa proqram təminatından çapa verilməsini avtomatlaşdırmaq
Müştərilərə təqdim ediləcək qiymət razılaşma protokolu, təhvil-təslim aktı, hesab-faktura və digər sənədlərin hər satışdan sonra yazılması vaxt apardığından bu prosesin avtomatlaşdırılması ilə qısa zamanda qeyd olunan sənədləri yükləmək mümkün olur. |
Satış, xidmət və istehsal prosedurlarının ayrı-ayrılıqda uçotunun proqram təminatında aparılması
DSF
Proqramda satış sənədi yaratmaq üçün ilk öncə Satış sənədləri bölməsinə keçid edilir. Yeni sənəddə müştəri, həmin müştəri ilə olan müqavilə nömrəsi, anbar seçilir. Daha sonra satış olunan məhsul və ya xidmət seçilərək satış qaiməsi tərtib edilir. |
Bütün hesabatlılıq və maliyyə/mühasibat göstəricilərinin həm şirkət rəhbərliyi, həm də müvafiq əməkdaşların əlçatanlığını təmin etmək
Proqramda tənzimləmələr qurulduqdan sonra bütün hesabatlılıq və maliyyə/mühasibat göstəricilərinin həm şirkət rəhbərliyi, həm də müvafiq əməkdaşlar əldə edə biləcək. |
Ayrı-ayrı işçilər üçün müvafiq məlumatlara və hesabatlara əlçatanlığa məhdudiyyət qoymaq
Proqram tənzimləmələrindən seçim edilərək hansı məlumatların hansı istifadəçiyə göstərilməsi və ya əməliyyat aparılmasına məhdudiyyətlər qoyula bilər. |
Kağız daşıyıcılarda, sosial şəbəkə(whatsapp və sair), həmçinin, elektron poçtlarda aparılan təsdiq/müzakirə/imza prosedurlarının proqram təminatına transferi və tarixçəsi üzrə hesabatlılıq
Kağız daşıyıcılarda olan sənədlərin, sosial şəbəkə(whatsapp və sair), həmçinin, elektron poçtlarda aparılan təsdiq/müzakirə/imza prosedurlarının proqram təminatına tarixlər üzrə transferi olunur. |
Həm mühasibat, həm də idarəetmə uçotunun proqram təminatı vasitəsilə idarəçiliyi və hesabatlılığı
Həm mühasibat, həm də idarəetmə uçotunun proqram təminatının qurulmasının əsas üstünlüyü qanunvericilikdə olan dəyişikliklərin tez bir zamanda proqrama tətbiq edilməsi, mühasibat uçotunun avtomatlaşdırılması nəticəsində əmək xərcləri azaldılması, bununla da məlumatların işlənməsinin məhsuldarlığını artırmağa imkan verir. Əldə olunan hesabatlar gələcəkdə iadarəetmə qərarlarının qəbulu üçün istifadə olunur.
|
Biznes Advokat MMC şirkətinin təcrübəli və peşəkar mühasiblərindən ibarət komandasının əsas məqsədi sahibkarlara dəqiq xidmət göstərmək, maliyyə hesabatlılığını, mühasibat uçotu, vergi uçotu, kadr uçotu, mal-material uçotu, əsas vəsait uçotunun düzgün, həmçinin, vaxtında aparılmasını təmin edərək müştəri məmnuniyyətini qazanmaqdır.
Sizin məmnuniyyətiniz bizim uğurumuzdur…