Biznes Advokat

Biznes Advokat logo

Biznes Advokat MMC şirkəti Sahibkarlara aşağıdakı Vergi xidmətlərini təklif edir:

  • Vergi onlayn kargüzarlıq məktubların yazılması və gələn məktubların cavablandırılması
  • ƏDV bəyannaməsinin təqdim edilməsi
  • ÖMV bəyannaməsinin təqdim edilməsi
  • MDSS vahid bəyannamənin təqdim edilməsi
  • Sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi
  • Mənfəət bəyannaməsinin təqdim edilməsi
  • Statistika hesabatlarının təqdim edilməsi

ƏDV bəyannaməsinin təqdim edilməsi

Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, ƏDV bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilir.

Biznes Advokat MMC şirkətinin təcrübəli və peşəkar mühasiblərindən ibarət komandasının əsas məqsədi sahibkarlara dəqiq xidmət göstərmək, maliyyə hesabatlılığını, mühasibat uçotu, vergi uçotukadr uçotu, mal-material uçotu, əsas vəsait uçotunun düzgün, həmçinin, vaxtında aparılmasını təmin edərək müştəri məmnuniyyətini qazanmaqdır.
Sizin məmnuniyyətiniz bizim uğurumuzdur… 

ÖMV bəyannaməsinin təqdim edilməsi

Ödəmə mənbəyində tutulan vergilər aşağıdakılardır.
Dividend gəliri – 10%.
Beynəlxalq rabitə və daşımalar – 6%
Sığorta ödəmələri – 4%
İcarə haqı və röyaltı– 14%.
AR Vergi Məcəlləsinin 102.1.22-1 və 106.10 maddələrinə əsasən AR Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

MDSS vahid bəyannamənin təqdim edilməsi

“Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə (Vergi, MDSS, İS, İTS)” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaedənlər uçotda olduqları vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər.

Mənfəət bəyannaməsinin təqdim edilməsi

Vergi Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, mənfəət (gəlir) vergisinin ödəyiciləri  hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.

Sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi

Əgər ƏDV ödəyicisi deyilsinizsə və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarınızın həcmi 200.000 manatdan artıq deyildirsə, yalnız ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olursunuzsa və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarınızın həcmi 200.000 manatdan artıqdırsa, seçiminizdən asılı olaraq, bina tikintisi fəaliyyəti ilə məşğul olursunuzsa, seçiminizdən asılı olaraq; avtonəqliyyat vasitəsi ilə respublika ərazisində daşımaları həyata keçirirsinizsə; idman mərc oyunlarını həyata keçirirsinizsə; mənzilinizi və ya qeyri-yaşayış obyektinizi satırsınızsa Sadələşdirilmiş vergi ödəyicisi ola bilərsiniz.
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir.

Gəlir vergisi bəyannaməsinin təqdim edilməsi

Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.

Statistika əmək hesabatı

Kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək  4-əmək №-li forma (İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabati teqdim etməlidir.

Statistika qiymət hesabatı

Hesabat dövründən sonra 20 gün ərzində Xaricə borcu olan müəssisə 1-xarici borc №-li forma (Xarici borc haqqında) və 2-xarici borc №-li forma (Xarici borcun yaranması və ona xidmət edilməsi haqqında) hesabatlarını Dövlət Statistika Komitəsinə təqdim etməlidir.

Statistika xarici borc hesabatı

İri, orta və kiçik sahibkarlıq subyektləri olan hüquqi şəxlər aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 5-ci iş günü 12-istehsal (sənaye) (Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatını Dövlət Statistika Komitəsinə təqdim etməlidir.

Statistika sənaye hesabatı

İri, orta və kiçik sahibkarlıq subyektləri olan hüquqi şəxlər aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 5-ci iş günü 12-istehsal (sənaye) (Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatını Dövlət Statistika Komitəsinə təqdim etməlidir.

Vergi onlayn kargüzarlıq məktubların yazılması və gələn məktubların cavablandırılması

“Onlayn kargüzarlıq” sistemi vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən sistemdir. “Onlayn kargüzarlıq” Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə Vergilər Nazirliyinin daxili kargüzarlıq sisteminə inteqrasiya olunmuşdur. Ona görə də istifadəçilər göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini onlayn rejimdə izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa telefon əlaqəsi yarada bilər. Bu sistem üzərindən vergi orqanına göndərilən bütün müraciətlər rəsmi sənəd statusuna malikdirlər.

Kameral uyğunsuzluq məktublarının cavablandırılması və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi

“Onlayn kargüzarlıq” sisteminə daxil olan kameral uyğunsuzluq məktubları araşdırılaraq, lazimi sənədlər toplanılaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi, həmçinin, digər bu kimi qanunvericilik bazası əsas tutularaq tərəfimizdən müvafiq vergi orqanına dəqiqləşdirilmiş bəyannamə və izahatlar təqdim edilir.

Biznes Advokat MMC şirkətinin təcrübəli və peşəkar mühasiblərindən ibarət komandasının əsas məqsədi sahibkarlara dəqiq xidmət göstərmək, maliyyə hesabatlılığını, mühasibat uçotu, vergi uçotu, kadr uçotu, mal-material uçotu, əsas vəsait uçotunun düzgün, həmçinin, vaxtında aparılmasını təmin edərək müştəri məmnuniyyətini qazanmaqdır.
Sizin məmnuniyyətiniz bizim uğurumuzdur… 

Çatı aç
1
Kömək lazımdır?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?