Biznes Advokat

Biznes Advokat logo
consulting_placeholder

VÖEN, vergi reyestr çıxarışı, nizamnamənin əldə edilməsi

1. Yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alınır, ona dövlət qeydiyyat nömrəsi, daha dəqiq ifadə etsək vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.
2. Yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi(VÖEN-i), dövlət reyestrindən çıxarışı və nizamnaməsi Dövlət Vergi Xidmətinin aidiyyəti qeydiyyat strukturlarının (bundan sonra- qeydiyyat orqanı) rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək elektron kabinetinə göndərilir.
3. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin ƏDV-nin məqsədləri üçün qeydiyyat barədə ərizələri internet vergi idarəsində qeydiyyata alınır və əmək müqaviləsinin məlumatları isə sistem tərəfindən avtomatik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə ötürülür.
4. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin şəhadətnamə-dublikat alınması üçün ərizəsi (ərizələri) internet vergi idarəsində qeydiyyata alınır. Qeydiyyat sənədlərinin (qeydiyyat şəhadətnaməsi, nizamnamə, reyestrdən çıxarış) kağız daşıyıcılarda alınması üçün səlahiyyətli şəxs tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq yerli vergi orqanına müraciət edilməlidir.

Biznes Advokat” şirkətinin təcrübəli və peşəkar mühasiblərindən ibarət komandasının əsas məqsədi sahibkarlara dəqiq xidmət göstərmək, maliyyə hesabatlılığını, mühasibat uçotu, vergi uçotu, kadr uçotu, mal-material uçotu, əsas vəsait uçotunun düzgün, həmçinin, vaxtında aparılmasını təmin edərək müştəri məmnuniyyətini qazanmaqdır.
Sizin məmnuniyyətiniz bizim uğurumuzdur…
Sizə necə kömək edə bilərik?

İstənilən sual və sizi maraqlandıran məqamlar üçün elə indi bizə zəng edin.