
Sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi
Əgər ƏDV ödəyicisi deyilsinizsə və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarınızın həcmi 200.000 manatdan artıq deyildirsə, yalnız ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olursunuzsa və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarınızın həcmi 200.000 manatdan artıqdırsa, seçiminizdən asılı olaraq, bina tikintisi fəaliyyəti ilə məşğul olursunuzsa, seçiminizdən asılı olaraq; avtonəqliyyat vasitəsi ilə respublika ərazisində daşımaları həyata keçirirsinizsə; idman mərc oyunlarını həyata keçirirsinizsə; mənzilinizi və ya qeyri-yaşayış obyektinizi satırsınızsa Sadələşdirilmiş vergi ödəyicisi ola bilərsiniz.
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir.
“Biznes Advokat” şirkətinin təcrübəli və peşəkar mühasiblərindən ibarət komandasının əsas məqsədi sahibkarlara dəqiq xidmət göstərmək, maliyyə hesabatlılığını, mühasibat uçotu, vergi uçotu, kadr uçotu, mal-material uçotu, əsas vəsait uçotunun düzgün, həmçinin, vaxtında aparılmasını təmin edərək müştəri məmnuniyyətini qazanmaqdır.
Sizin məmnuniyyətiniz bizim uğurumuzdur…
İstənilən sual və sizi maraqlandıran məqamlar üçün elə indi bizə zəng edin.