Biznes Advokat

Biznes Advokat logo
consulting_placeholder

ehtiyat və təcrübəçi kadr məsələlərinin həlli

Vergi orqanında fiziki şəxslərin elektron qaydada və  kağız daşıyıcılarında ərizələri ilə  müvafiq vergi orqanında qeydiyyatdan keçə bilərlər. Fiziki şəxslər www.e-taxes.gov.az internet vergi idarəsi portalında e-qeydiyyatdan keçməklə vergi uçotuna alına bilərlər. Bunun üçün fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır. Fiziki şəxsin e-qeydiyyatı www.e-taxes.gov.az internet vergi idarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” bölümü üzərindən aparılır. Bu məqsədlə fiziki şəxs qeyd edilən bölməyə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil olur və elektron ərizə formasını dolduraraq onlayn rejimdə göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. E-qeydiyyat zamanı fiziki şəxsin ünvanı şəxsiyyət vəsiqəsində göstərilmiş qeydiyyat məlumatlarına əsasən sistem tərəfindən avtomatik müəyyənləşdirilir və aidiyyəti vergi orqanında vergi uçotuna alınır.

Biznes Advokat” şirkətinin təcrübəli və peşəkar mühasiblərindən ibarət komandasının əsas məqsədi sahibkarlara dəqiq xidmət göstərmək, maliyyə hesabatlılığını, mühasibat uçotu, vergi uçotu, kadr uçotu, mal-material uçotu, əsas vəsait uçotunun düzgün, həmçinin, vaxtında aparılmasını təmin edərək müştəri məmnuniyyətini qazanmaqdır.
Sizin məmnuniyyətiniz bizim uğurumuzdur…
Sizə necə kömək edə bilərik?

İstənilən sual və sizi maraqlandıran məqamlar üçün elə indi bizə zəng edin.