
əməliyyatların elektron icrası üçün asan imza nömrəsinin qeydiyyatdan keçirilməsi və asan imza sertifikatının alınması
ASAN İmza (Mobil imza) – Dövlət Vergi Xidməti və mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. ASAN İmza (Mobil İD) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. ASAN İmza müəyyən edilmiş bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. ASAN İmza xidmətindən istifadə etmək üçün müraciət edən şəxs (ərizəçi) ilk növbədə mobil operatorların hər hansı birindən (Azercell, Bakcell, Nar) ASAN İmza SİM-kartını əldə etməli, sonra tələb olunan sənədlərlə və ASAN İmza SİM-kartı ilə birlikdə ASAN Xidmət mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməlidir. ASXM-də imza sahibi verilənlər daşıyıcısında yazılmış imza yaratma və yoxlama məlumatlarının, kağız daşıyıcıdakı sertifikatın alınması, həmçinin ərizəçininməlumatlandırılması barədə müvafiq jurnalda imza edir. Sertifikat 1 (bir) iş günü ərzində verilir.
“Biznes Advokat” şirkətinin təcrübəli və peşəkar mühasiblərindən ibarət komandasının əsas məqsədi sahibkarlara dəqiq xidmət göstərmək, maliyyə hesabatlılığını, mühasibat uçotu, vergi uçotu, kadr uçotu, mal-material uçotu, əsas vəsait uçotunun düzgün, həmçinin, vaxtında aparılmasını təmin edərək müştəri məmnuniyyətini qazanmaqdır.
Sizin məmnuniyyətiniz bizim uğurumuzdur…
İstənilən sual və sizi maraqlandıran məqamlar üçün elə indi bizə zəng edin.